Kürdəmirdə yol qəzasında polis mayoru ölüb

Median.Az xəbər verir ki, dekabrın 7-i saat 1 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomaşına vurub.

Nəticədə “VAZ-21074” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb. Məlum olub ki, Qaybalıyev Ağsu RPŞ-nin əməkdaşı, polis mayoru olub.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.