Nizami rayonunda “Mitsubishi” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Samir Dadaşov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə paytaxt sakini Almagül Muradovanı vurub.

Nəticədə 3 saylı şəhər xəstəxanasına yerləşdirilmiş qadın orada ölüb.

Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.