Bakıda əcnəbi tələbə saxlanılıb

Bakıda əcnəbi tələbə viza almaq üçün saxta sənəd təqdim edərkən tutulub.

Median.Az-ın Report-a istinadən xəbərinə görə, Bakıda universitetlərdən birində təhsil alan 1993-cü il təvəllüdlü Miah Khalil paytaxtda yerləşən 1 saylı Notariat Kontoruna Çexiyaya viza almaq üçün saxta sənəd təqdim edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.