Ramanada “Mercedes” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, dekabrın 9-u saat 22 radələrində Ramana qəsəbəsində, qəsəbə sakini Ə.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə Saatlı rayon sakini Bəhram Məmmədovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ-də faktla bağlı araşdırma aparılır.