Bərdədə maşın qoyun sürüsünü vurdu – VİDEO

Bərdə rayonunda maşın qoyun sürüsünə girib.

Median.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, hadisə rayonun Əliyanlı kəndi ərazisində qeydə alınıb.

Hadisəni rayon sakini Faxi Məmmədov idarə etdiyi avtomobillə törədib. Nəticədə 20-yə yaxın heyvan tələf olub.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.