Hacıqabulda “VAZ 21074” aşıb, 4 nəfər xəsarət alıb

Median.Az xəbər verir ki, Udulu qəsəbəsində Salyan rayon sakini İsgəndər Əliyevin idarə etdiyi “VAZ 21074” markalı avtomobil aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – Səməd Əliyev, Süsən Əliyeva və Hüsniyyə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə
Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Hacıqabul RPŞ-də faktla bağlı araşdırma aparılır.