Nizami rayonunda avtobus piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, dekabrın 13-ü saat 18 radələrində H.Əliyev prospektində, Bakı şəhər sakini Bəhruz Şükürovun idarə etdiyi “Daewoo” markalı xətt avtobusu paytaxt sakini Hürü Əliyevanı vurub.

Nəticədə ağır xəsarət alan qadın xəstəxanada ölüb.

Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.