Nizami rayonunda qətl baş veirb

Median.Az xəbər verir ki, dekabrın 16-da Nizami rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini İlham Soltanəliyev münaqişə zəminində orada işləyən Cəbrayıl rayon sakini Səbuhi Səfərovun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralanan şəxs 3 saylı şəhər klinik xəstəxanasına aparılarkən yolda ölüb.

Nizami RPİ 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.Soltanəliyev saxlanılıb.

Nizami rayon prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb.