Metroda fəaliyyət göstərən aptekdən oğurluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Bakı BPİ-nin Metropolitendə polis şöbəsinə dekabrın 13-də “Koroğlu” stansiyasının girişindəki aptekdən 6.330 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğuruğu törədən Bakı şəhər sakini Ü.Şəmmədzadə müəyyən edilərək, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.