Salyanda yol qəzasında 1 nəfər ölüb

Median.Az xəbər verir ki, Salyan rayonunun Xıdırlı kəndi ərazisində, Yalçın Rəhimov idarə etdiyi “Hyundai H-1” markalı mikroavtobusu qarşıda gedən Masallı rayon sakini Ürkin Hidayətovun idarə etdiyi “Opel” markalı avtomobilə vurub.

Nəticədə Y.Rəhimov hadisə yerində ölüb.

DIN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.