Sumqayıt polisi piyadanı vurub, qaçan sürücüsü saxlayıb

Median.Az xəbər verir ki, dekabrın 17-i saat 20 radələrində Sumqayıt şəhərinin Metallurq küçəsində şəhər sakini Rüstəm Babaşov müəyyən edilməmiş avtomobillə vurulub və aldığı xəsarətlərlə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Sumqayıt ŞPİ 4-cü polis bölməsinin əməkdaşları tərəfindən yol qəzasının “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib və əməliyyat-axtarış tədbirləri nəticəsində
Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Quliyev saxlanılılıb.

Faktla bağlı araşdırma aparılır.