Bakı sakini avtomobilində güllələndi

Bakıda qətl hadisəsi baş verib.

Hadisə paytaxtın Xətai rayonu, Sadıqcan küçəsində baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu özünə məxsus “Hyundai” markalı, 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.

F.Vahabov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az