Bakıda aptekə basqın edən şəxin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsinə Gədəbəy rayon sakini Fuad Zeynallının CM-nin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirlib.

Median.Az xəbər verir ki, bu il iyulun 22-də Nəsimi rayonu ərazisində yerləşən aptekdə, naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Nəsimi RPİ 19-cu polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Fuad Zeynallı saxlanılıb və istintaqa təhvil verilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 25-nə təyin edilib.