Nobel prospektində piyadanı öldürüb, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, dekabrın 21-i saat 19 radələrində Xətai rayonun Nobel prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Ləman Süleymanlı vurulub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Qurbanəli Qurbanov saxlanılıb.

Xətai RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.