Goranboyda və Yevlaxda yol qəzalarında 7 nəfər yaralanıb

Median.Az xəbər verir ki, Goranboy rayonu ərzazisində Yevlax rayon sakini Famil İsmayılovun idarə etdiyi “Naz Lifan” markalı avtomobili traktora çırpıb.

Nəticədə sürücü və 4 sərnişin yaralanaraq Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Bundan başqa, Yevlax rayonunda “VAZ-2107” markalı avtomobil beton maneəyə çırpılıb. Nəticədə Elman Hidayətov və onun oğlu müxtəlif bədən xəsarətləri alaraq Mərkəzi rayon xəstəxanasına çatdırılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.