Qubada avtomobil piyadanı öldürüb, qaçıb

Median.Az xəbər verir ki, dekabrın 25-i gecə saat 3 radələrində Quba rayonunun Atuc kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 30-35 yaşlı kişi vurulub.

Nəticədə piyada hadisə yerində ölüb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.