BDU-da yeni təyinat

Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi olub.

BDU-nun rektor (əvəzi) səlahiyyətlərini müvəqqəti icra edən Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib.

Firudin Qurbanovun imzaladığı bir digər əmrə əsasən, BDU-nun Kadrlar şöbəsinin müdiri vəzifəsinə Nazim Məcidov təyin edilib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova faktı Oxu.Az-a təsdiqləyib.

Xatırladaq ki, Nazim Məcidov uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsini icra edib.