Samuxda 46 yaşlı kişi ÖZÜNÜ ASDI

Samux rayonunda 46 yaşlı kişi intihar edib.

Median.az “Report”a istinadən məlumat verir ki, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Bəxtiyar Həmzə oğlu Hüseynov özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünü öldürdüyü hələlik məlum deyil.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.