Şamaxıda “Mercedes” ağaca çırpılıb, sərnişin ölüb

Median.Az xəbər verir ki, yanvarın 14-də Şamaxı rayonunun Meysəri kəndi ərazisində, Qəbələ rayon sakini Dəyanət Zəkəryəyev idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub.

Nəticədə sərnişini – Pərvanə Rəcəb qızı hadisə yerində ölüb, sürücü və digər sərnişini Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.