Kürdəmirdə GÜCLÜ YANĞIN – Yaşayış evi külə döndü – FOTO

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Hadisə rayonun Muradxan kəndində qeydə alınıb.

Belə ki, yanğın kənd sakini Əbülfət Nemət oğlu Namətova məxsus ümumi sahəsi 91 kvadratmetr olan 4 otaqlı evdə baş verib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.//Report.az