Nazirlik və dövlət qurumu fəlsəfə doktoru hazırlayacaq

Azərbaycanda fəaliyyət göstərən daha iki institutda fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq.

Bu barədə müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli, 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilib.

Kənd Təsərrüfatı Nazirliyi üzrə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə Azərbaycan İlahiyyat İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq./oxu.az