Sumqayıtda 24 yaşlı gənc itkin düşüb – FOTO

Sumqayıt şəhərində 24 yaşlı gənc itkin düşüb.

Median.az-ın Reporta istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1995-ci il təvəllüdlü Orxan Xoşbəxt oğlu Əhmədov yaşadığı Yaşıldərə yaşayış massivindəki evindən çıxıb və geri qayıtmayıb.

Bu barədə polisə itkin düşən gəncin yaxınları məlumat verib.

Faktla bağlı Sumqayıt şəhər Polis idarəsinin 1-ci polis bölməsində araşdırma aparılır.