Azərbaycandan yaşı 70-dən yuxarı olan 221 nəfər evlənib

2018-ci ildə respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 50 yaşdan yuxarı şəxslərlə 2877 nikah qeydiyyata alınıb.

Median.az-ın xəbərinə görə, bu barədə Azvision.az saytı məlumat yayıb.

Həmin şəxslərdən 959-u 60 yaşdan yuxarı, 221-i isə 70 yaşdan yuxarı şəxslərin nikahının qeydiyyatıdır.