Sumqayıtda avtobus qəzası – ÖLƏN VAR

Median.Az xəbər verir ki, yanvarın 22-də H.Z.Tağıyev qəsəbəsində, şəhər sakini Ramin Hüseynov idarə etdiyi “İsuzu” markalı 26 saylı xətt avtobusu ilə qəsəbə sakini Tamella Əlverdiyevanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ-də faktla bağlı araşdırma aparılır.