Bakıda ağır qəza – YARALILAR VAR

Bakı şəhərinin Nizami rayonu ərazisində ağır yol qəzası baş verib.

Median.az xəbər verir ki, Oqtay Vəliyev küçəsində “Mercedes” və “Azsamand” markalı iki minik avtomobili toqquşub.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.//Publika.az