Gədəbəydə orta yaşlı kişini cərəyan vuraraq öldürüb

Gədəbəy şəhərində cərəyanvurma hadisəsi baş verib.

Median.az “Report”a istinadən bildirir ki, 1988-ci il təvəllüdlü yerli sakin Mehdiyev Mehdi İsmayıl oğlu yük avtomobilinin üzərindəki yükü düzəldən zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub.

Nəticədə M.Mehdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.