“Qalatasaray”da yeni hücumçu – RƏSMƏN AÇIQLANDI – FOTO

“Qalatasaray” və “Kasımpaşa” hücumçu Mbaye Dianyenin transferində ortaq məxrəcə gəlib.

Median.az xəbər verir ki, “Sarı-qırmızılılar” keçidi sosial media hesabından rəsmən açıqlayıb.

27 yaşlı futbolçu cari mövsümdə Superliqada forma geyindiyi 17 matçda 20 qol vurub, 2 məhsuldar ötürməylə yadda qalıb.