Meksikada güclü zəlzələ oldu

Meksikada güclü zəlzələ baş verib.

Median.Az xəbər verir ki, yeraltı təkanların gücü 6,6 bal təşkil edib.

Bildirilir ki, zəlzələnin episentri 67 kilometr dərinlikdə, Puerto-Madero yaşayış məntəqəsindən 14 kilometr şimal-şərqdə yerləşib.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində dağıntı və tələfat yoxdur.