Qida Təhlükəsizliyi Agentliyində yeni – TƏYİNAT

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində kadr dəyişikliyi olub.

AQTA-dan oxu.az-a bildirilib ki, agentliyin sədri Qoşqar Təhməzlinin imzaladığı əmrə əsasən, Zəkiyyə Mustafayeva Aparat rəhbəri təyin edilib:

“Artıq bir neçə gündür Zəkiyyə Mustafayeva vəzifəsini icra edir”.

Qeyd edək ki, Zəkiyyə Mustafayeva 2010-2018-ci illərdə Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.