Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Median.Az Trend-ə istinadən bildirir ki, fevralın 6-da qızılın qiyməti fevralın 5-i ilə müqayisədə 1,1815 manat azalaraq 1 unsiya üçün 2233,749 manat təşkil edib.

Gümüş 0,1758 manat ucuzlaşaraq 1 unsiya üçün 26,8745 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 7,8115 manat azalaraq 1390,8805 manat, palladiumun qiyməti isə 16,422 manat artaraq 2342,9315 manat təşkil edib.

Ad 06.02.2019 05.02.2019
Qızıl XAU 2233,749 2234,9305
Gümüş
 
XAG 26,8745 27,0503
Platin XPT 1390,8805 1398,692
Palladium XPD 2342,9315 2326,5095

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.