Nardaranda polis əməkdaşları silah-sursat aşkar ediblər

Median.Az xəbər verir ki, daxil olan məlumat əsasında Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbəsi, bağlar yaşayış sahəsində sellofan torbada 1 yivli təklüləli tüfəng, nömrəsi silinmiş “Naqan” tipli tapança, alışqanı ilə birgə 1 ədəd “F-1” qumbarası və 39 ədəd avtomat patronu tapılıb.

Faktla bağlı araşdırma aparılır.