Azərbaycanda “yol kabusu”nun statistikası açıqlandı

2018-ci ildə ölkənin avtomobil yollarında 1817 və ya 2017-ci illə müqayisədə, 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,5 faiz azalaraq, 2433 nəfər olub.

Median.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 722-si həyatını itirib, 1711-i isə yaralanıb.

Hadisələrin 40,9 faizi gündüz, 38,7 faizi gecə, 20,4 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 90 faizi yaşayış məntəqələrində olub və bu hadisələr nəticəsində ölənlərin sayı 2017-ci ilə nisbətən 7,3 faiz artaraq 556 nəfər, yaralananların sayı isə 0,9 faiz artaraq 1628 nəfər olub.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı:

Göstəricinin adı 2018-ci il, vahid 2017-ci ilə nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri – cəmi 1817 99,1
Məkanına görə:
magistral avtomobil yollarında 182 80,9
yaşayış məntəqələrində 1635 101,7
İşıqlılıq vəziyyətinə görə:
gündüz vaxtı 744 93,4
toran vaxtı 370 108,8
gecə vaxtı 703 101,0
Yol örtüyünün vəziyyətinə görə:
quru yol örtüyü 1701 97,1
digər (yaş, buz və s.) 116 141,5
Zərərçəkənlərin sayı, nəfər 2433 98,5
ölənlər 722 96,3
yaralananlar 1711 99,5

Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (əvvəlki illə müqayisədə 8,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 32,4 faizi (4,3 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi (10,6 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin 76,5 faizini, yaralananların isə 74,1 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 49 hadisə baş verib, nəticədə, 27 nəfər ölüb, 36 nəfər yaralanıb. Belə hadisələrin 63,3 faizi avtomobillərin sürücüləri tərəfindən törədilib.//oxu.az