Sinqapur sahillərində iki gəmi toqquşdu – VİDEO

Sinqapur sahillərində Malayziyaya məxsus “Polaris” gəmisi ilə Yunanıstana məxsus “Pireas” gəmisi toqquşub.

“Straits Times” qəzetinin verdiyi məlumata görə, insident yerli vaxtla 14:28-də Tuas yaxınlığında baş verib.

Qəza yerli hökumətdə narahatlıq yaradıb. Çünki hər iki gəmi limana icazəsiz daxil olub.

Faktla bağlı araşdırmalara başlanılıb. Xəsarət alanlarla bağlı məlumat verilmir.