Hacıqabulda hündürlükdən yıxılan fəhlə xəstəxanada ölüb

Hacıqabul rayonunda hündürlükdən yıxılan fəhlə xəstəxanada ölüb.

Median.Az report-a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, Rəhman Cəlilovun həyatını xilas etmək mümkün olmayıb.

***18:23

Hacıqabul rayonunda fəhlə hündürlükdən yıxılıb.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Gilan Seramik Zavodunda qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Rəhman Cabbar oğlu Cəlilov hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun komatoz vəziyyətdə olduğu və süni nəfəs aparatına qoşulduğu bildirilir.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.