Ramil Usubov polis bölməsinə rəis təyin etdi

Ağdam rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.

Median.Az Report-a istinadən xəbər verir ki, bu vəzifə müvafiq əmrlə polis baş leytenantı Allahverdi Allahverdiyevə həvalə olunub.

A.Allahverdiyev bu təyinatadək Zərdab rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsində baş inspektor vəzifəsində çalışıb.