Mingəçevirdə İES-də BƏDBƏXT HADİSƏ – Ölən var

“Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) fəhləsi Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nihat Barat oğlu Mirzəyev iş zamanı hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Median.Az report-a istinadla xəbər verir ki, hadisə Mingəçevir şəhərində yerləşən İES-də iş zamanı baş verib.

Həkimlərin səylərinə baxmayaraq, fəhlənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.