Yol qəzası baş verib, xəsarət alan var – YENİLƏNİB

Göyçay rayonunda baş verən yol qəzasında xəsarət alanın kimliyi məlum olub.

Median.Az report-a istinadən bildirir ki, hadisə nəticəsində İsmayıllı rayon Soltankənd kənd sakini Əhmədov Əhməd Abdulla oğlu xəsarət alıb.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

21:35

Göyçay rayonunda yol qəzası baş verib.

Median.Az report-a istinadən bildirir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203 km-də – rayonun Bığır kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Mercedes” markalı minik maşınlarının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.