“Kids Best Model of Azerbaijan 2019” yarışması keçiriləcək

3 mart tarixində “Holiday Inn” otelində “Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə “Kids Best Model of Azerbaijan 2019” yarışması keçiriləcək.

Median.Az xəbər verir ki, müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edəcəklər. Tədbirdə 91 model iştirak edəcək. Modellərin 48-i qız, 43-ü oğlandır.

Tədbirin layihə rəhbəri “Star Kids Group MMC” şirkətinin direktoru və tədbirin lahiyə rəhbəri Aygün Əliyevadır.