Yeni Suraxanıda “Mercedes” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, fevralın 27-i saat 20 radələrində Yeni Suraxanı qəsəbəsində, yerüstü piyada keçidinin altında Bakı şəhər sakini Q.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə paytaxt sakini İ.Kərimovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı RPİ-də faktla bağlı araşdırma aparılır.