Samuxda məktəb yanır: Xəsarət alanlar var

Samux rayonunun Tatlı kəndində orta məktəb binası yanır.

Bununla bağlı oxu.az-ın bölgə müxbiri məlumat verib.

İlkin məlumata görə, hadisə zamanı 10 nəfərə yaxın insan xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürmə briqadası və təcili tibbi yardım maşını cəlb edilib.