Novruz yarmarkalarındakı qiymətlərdən razısınız? – VİDEO

Novruzun gəlişinə artıq sayılı günlər qalıb. Su çərşənbəsini yola salsaq da qarşıda bizi Od, Yel, Torpaq çərşənbəsi gözləyir.

Bayramqabağı paytaxtın bir neçə nöqtəsində yarmarkalar təşkil olunub.

Baku TV-nin əməkdaşları qiymətlərlə maraqlanmaq üçün həmin yarmarkalara üz tutub.

İlk olaraq Novruzun simvolu hesab edilən səmənilərin qiyməti ilə maraqlanıblar. Qiymətlər 1 manatdan başlayır. Səməninin ölçüsünə və görünüşünə görə 1-20 manat arasında dəyişir.

Novruz süfrəsinin bəzəyi çərəzlər və quru meyvələrdir ki, onlar da müxtəlif qiymətlərə təklif olunur.

Bəs yarmarkalarda təklif olunan qiymətlər alıcıları qane edirmi?