Qusarda soyğunçuluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 21-də Şirvanlı kənd sakini T.Qədirovun pul və mobil telefon olan paltosunu soyğunçuluq yolu ilə ələ keçirən əvvəllər məhkum olunmuş X.Səfibəyov saxlanılıb.

Onun yaşadığı evdən narkotik vasitə – marixuana və bıçaq aşkar edilib.

RPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.