Bu yolda hərəkət məhdudlaşdırıldı

Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yolla hərəkət müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə Oxu.Az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Aparılan təmir-bərpa işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yolla 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunub.

Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq. Sürücülərin sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları tövsiyə edilir.