Lukaşenkodan KTMT baş katibi ilə bağlı vacib tapşırıq

Belarus prezidenti Aleksandr Lukaşenko hökumətə qısa müddətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib təyin edilməsi ilə bağlı tapşırıq verib.

Median.Az teleqraf.com-a istinadən bildirir ki, Lukaşenko hökumətin bu gün keçirilən iclasında KTMT ilə bağlı vəziyyəti “qeyri-qənaətbəxş” adlandırıb.

Xatırladaq ki, son vaxtlar Minsklə İrəvan arasında KTMT baş katibliyi ilə bağlı fikir ayrılığı ortaya çıxıb.

Bu, Ermənistanın KTMT-dəki nümayəndəsi, eləcə də, təşkilatın baş katibi Yuri Xaçaturovu geri çağırması ilə bağlı olub.

Belarus bu posta namizəd kimi Təhlükəsizlik Şurasının baş katibi Stanislav Zası təklif edib.