Maştağa sakinindən avtomat və patronlar götürülüb

Median.Az xəbər verir ki, Sabunçu RPI əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbə sakini Rəhman Həsənov saxlanılıb.

Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerindən 1 ədəd “AKM” markalı avtomat, patron darağI və 26 ədəd patron aşkar edilib

Sabunçu RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.