Şəmkirdə “QAZel” dirəyə çırpılıb, sərnişin ölüb

Median.Az xəbər verir ki, martın 6-ı saat 17 radələrində Kür qəsəbəsində, rayon sakini Ş.Məmmədov idarə etdiyi “QAZel” markalı avtomaşınıi dirəyə vurub.

Nəticədə sərnişin S.Həşimov hadisə yerində ölüb, daha bir sərnişin Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Şəmkir RPŞ-də faktla bağlı araşdırma aparılır.