Bakıda mənzildən külli miqdarda qızıl oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Nizami RPİ 24-cü polis şöbəsinə yanvarın 25-də rayon ərazisindəki mənzillərin birindən 40.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə müraciət daxil olub.

DİN Kriminalistik Tədqiqatlar İdarəsi və 24-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şükürov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə – heroin və bıçaq aşkar edilib.

Nizami RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.