Hökməlidə “VAZ 2107” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, martın 8-i gecə saat 1 radələrində Hökməli qəsəbəsi ərazisində, Qobu qəsəbə sakini İ.Ocaqov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə paytaxt sakini H.Məmmədovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ-də faktla bağlı araşdırma aparılır.