Sumqayıtda polis rəisi və yol polisi əməkdaşları işdən çıxarılıb

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda kadr islahatları aparıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Ruslan Hüseynov, Dövlət Yol Polisinin əməkdaşları – Loğman İsmayılov və Rəşid Məcidov işdən kənarlaşdırılaraq sərəncama götürülüb.

İslahatlar davam edir.