Şəmkirdə yol qəzası olub, ölənlər və yaralananlar var – YENİLƏNİB

Şəmkir rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Əliyaqublu kəndi ərazisində qeydə alınıb

Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 4 nəfər ağır yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

***22:44

Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Əliyaqublu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, avtomobil qəzası zamanı azı 4 nəfər xəsarət alıb. Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.